AZ

İspaniya Qəzzaya humanitar yardım göndərib

İspaniya Qəzzaya 12 tonluq humanitar yardım göndərmək üçün tibbi və sığınacaq ləvazimatlarını İordaniyaya yollayıb.

SİA-nın məlumatına görə, İspaniyanın Xarici işlər naziri Xose Manuel Albarez bu yardımların 600 ailəyə, yəni ümumilikdə 3 min nəfərə çatacağını bildirib. Albarez, Qəzzadakı humanitar vəziyyəti yüngülləşdirmək və fələstinlilərin ehtiyaclarını qarşılamaq məqsədilə yardım göndərməyə davam edəcəklərini vurğulayıb.

Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək planına etiraz edərək buranın fələstinlilərin torpağı olduğunu bildirib.

Trampın Avropa İttifaqına (Aİ) polad və alüminiuma əlavə gömrük rüsumu tətbiq etməklə bağlı açıqlamalarını da dəyərləndirən Albarez Aİ-nin hər cür ehtimala qarşı hazırlıqlı olduğunu qeyd edib.

Seçilən
16
1
sia.az

4Mənbələr