AZ

"Fənərbaxça"nın daha 2 futbolçusu zədələndi

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu Super Liqanın 23-cü turunun "Alanyaspor"la səfər matçında (2:0) zədələnib. Onların 2 həftə yaşıl meydanlarda uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəıçiləri Dieqo Karlos, Aleksandru Ciku, Rodriqo Bekan, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir.

saytlarin hazirlanmasi

Seçilən
11
1
sportal.az

2Mənbələr