AZ

Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

Sabirabad, 10 fevral, AZƏRTAC

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobil və "KamAz" markalı yük maşınının toqquşması zamanı xəsarət alan Anar Abbasov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal təcili tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
38
5
azertag.az

5Mənbələr