AZ

Hollandiyadakı zavodda hidrogen sızması olub

Hollandiyanın Utrext şəhərindəki Nedal alüminium zavodunda hidrogen qazı sızması baş verib.

 

Bu barədə NOS teleradio şirkəti məlumat yayıb.

 

Jurnalistlərin məlumatına görə, zavodun 119 işçisi təxliyə edilərək qonşu müəssisənin ərazisinə yerləşdirilib.

 

Regional təhlükəsizlik idarəsindən bildiriblər ki, külək səbəbindən yerli sakinlər üçün heç bir fəsad olmayacaq.

 

Yanğınsöndürənlər binanın havalandırılmasını təmin etmək üçün zavodun fəaliyyətini dayandırıblar.

 

Ərazidə təcili yardım və polis əməkdaşları da var. Dörd nəfər həkimlər tərəfindən müayinə olunub.

Nigar

Seçilən
9
oxu24.com

1Mənbələr