AZ

Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

Avtosfer.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə. Atakişiyev bir il əvvəl boşandığı, 270 saylı məktəbdə texniki işçi kimi çalışan G. Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiriləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Atakişiyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

270 mrəli tam orta ktəbdən "Report"a bildirilib ki, ktəbin xanım texnki işçisi xilas olmaq üçün ktəbin tinə daxil olub:

"Orada ona ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

Seçilən
13
6
avtosfer.az

10Mənbələr