AZ

Radanın deputatı Ukraynanın ABŞ-ın 52-ci ştatı olmasını təklif edib

Ali Radanın deputatı Maryana Bezuqla zarafatla Ukraynanın ABŞ-ın 52-ci ştatı olmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu”, – deyə o vurğulayıb.

Bezuqlaya ABŞ prezidenti Donald Trampın Kanadanın 51-ci ştat ola biləcəyi ilə bağlı açıqlamalarına belə cavab verib.

Bundan əvvəl Tramp Kanadanın özünü müstəqil dövlət adlandırmaq hüququndan məhrum edib. O, ölkənin tamamilə ABŞ-dan asılı olduğunu bəyan edib. Trampın sözlərinə görə, Vaşinqton Ottavaya ildə 250 milyard dollar xərcləyir.

Seçilən
17
1
nocomment.az

2Mənbələr