NBA-da Ulduzların Matçının heyətində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Miluoku Baks"ın basketbolçusu Yannis Adetonkunbonu "Atlanta Houks"un ulduzu Trey Yanq əvəzləyib. Yunanıstanlı oyunçu zədə üzündən bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Ulduzların Matçı fevralın 16-da San-Fransiskoda keçiriləcək.
İdman.biz