Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UABD İdarə Heyətinin üzvləri, diaspor fəalları, tanınmış iş adamları, ziyalılar və müharibədə iştirak edən Azərbaycan əsilli hərbçilər iştirak edib.
Tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov çıxış edərək çətin müharibə şəraitində fəaliyyət göstərmələrinə baxmayaraq Azərbaycan icmasının davamlı olaraq bir araya gəldiyini, soydaşlarımızla bağlı qarşıya çıxan problemləri həll etdiklərini, vilayətlərdə fəaliyyət göstərən nümayəndəliklərlə təmasda olduqlarını bildirib. H.Cavadov qeyd edib ki, azərbaycanlılar hər zaman olduğu kimi bu ağır müharibə günlərində də ukraynalıların yanında durmağı bacardı:
“Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya göndərilən yardımlarla yanaşı, burda yaşayan və Azərbaycan diasporunun çətiri altında birləşən soydaşlarımız da Ukraynaya mütəmadi dəstək göstərir, müharibədə düşmənə qarşı onlarla çiyin-çiyinə vuruşurlar”.
![](https://static.azpolitika.info/storage/news/7f7925d9dda042e71128caa871989c6b/63d7f32f-20cc-49d5-a9b5-a40afdd98113.jpg)