AZ

Bakıda park, bağ, həyət və səkilərdə yenidənqurma işləri aparılacaq – 3 milyonluq LAYİHƏ

Bakı. Trend:

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlardatəmir, abadlıq və yenidənqurma işləri aparılacaq.

Trend-in əldəetdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətibaşçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MəhdudMəsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrası ilə bağlı layihə-smetasənədlərinin hazırlanması işlərinə başlayıb.

Məlumata görə, şəhər ərazisində müəyyən edilmiş səki, həyət,park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihəsmeta sənədləri hazırlanacaq.

Qurum qeyd olunan işlərin icrasına 3 milyon manat vəsaitin sərfolunacağını proqnozlaşdırıb.

Seçilən
14
2
az.trend.az

3Mənbələr