Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edilib.
Publika.az xəbər verir ki, bu təkliflə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla çıxış edib. O, öz "Telegram" kanalında bu barədə bildirib:
“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu".
Bezuqla bu sözlərlə ABŞ prezidenti Donald Trampın Kanadanın 51-ci ştat kimi ABŞ-a birləşdirilməsi təklifinə reaksiya verib.
Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini bəyan edib. Ağ Ev rəhbəri Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir. Onun açıqlamaları Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb. Tramp bildirmişdi ki, Kanada ABŞ-ın 51-ci ştatı kimi “daha yaxşı vəziyyətdə” olacaq. Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək. Bundan əlavə, Tramp Kanadanın ABŞ-a qoşulması məsələsini müzakirə edərkən vergi və müdafiəyə əhəmiyyətli qənaətin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini də ifadə edib.