Bakıda İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Azərbaycan hökumətini Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev təmsil edib.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti illər vəkili Seyyid Cəfər Ağayi Mərian çıxış edərək, ölkəsinin ötən müddətdə tibb, energetika, kənd təsərrüfat, nanotexnologiya və çox digər sahələrdə qazandığı uğurlardan danışıb.
O bildirib ki, ölkəsi ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır:
"2024-cü ildə "Xudafərin" və "Qız qalası" bəndlərinin açılış mərasimi baş tutdu. Təəssüf ki, oradan səfərdən qayıdarkən, mərhum prezidentimizin təyyarəsi qəzaya uğradı. İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə böyük önəm verir. Hazırda ölkələrimizin əlaqələri Birgə Hökumətlərarası Komissiya çərçivəsində uğurla inkişaf edir. Birgə icra edilən layihələr, o cümlədən "Şimal - Cənub dəhlizi", "Araz dəhlizi" nəqliyyat layihələri, o cümlədən son bir ildə ərzində İranla Azərbaycan arasında Hərbi və Hərbi-Texniki Əməkdaşlığa dair Birgə Komissiyanın iclasının keçirilməsi münasibətlərimizin uğurlu inkişaf dinamikasını göstərir".
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev əvvəlcə hökumət adından təbriklərini çatdırıb.
O deyib ki, ölkəmiz ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verir.
Ş.Mustafayev eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin İranlı həmkarı Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət etdiyini xatırladıb:
"Əlaqələrimizin gələcək inkişafına dair əldə olunan razılaşmalar ölkələrimizin tərəqqisinə xidmət edir. Bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdəki inkişaf dinamikası var. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 32,7 faiz artıb. Birgə Hökumətlərarası Komissiyanın iclasları bu artıma təkan verir. İki ölkə arasında avtomobil və dəmiryolu bağlantılarının yaradılması, "Şimal-Cənub" nəqliyyat dəhlizinin üzərində yeni körpünün inşası, eləcə də Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi də xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar əlaqələrimizin genişləndirilməsinə ciddi təkan verir. Azərbaycanla İran arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi bundan sonra da əlaqələrimizin inkişafına xidmət edəcək".
Daha sonra tədbir bədii hissə ilə davam edib.
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2297b909c67aa2297b909d1739203223d37abcf782deb6a4f2f6cc6580a3acf3.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa22980739a67aa22980739b17392032237677ab43a91f75cd72809548b48f0e18.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa22986f76f67aa22986f7711739203223bfc0012d3dfd07b3764c101a87096a19.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2298af9ff67aa2298afa001739203223c424fe7bf01da2474861376e1e3ed941.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2298e5fea67aa2298e5fec173920322322b92f48597510f8e4812be632c8ec68.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa22993351467aa229933515173920322326b94bca134be5c0ea6bfd306aa0d405.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2299663ca67aa2299663cb173920322392249a8f224779399b3cb01420127524.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2299a5c9c67aa2299a5c9e1739203223a96067faf26e40fa36df7b041dc3651e.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa2299da3b867aa2299da3b917392032233433c1d87fc87a92fb225f3839454499.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229a166ad67aa229a166af1739203223eeffe05fe0ffb4415f68ff618e32b70a.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229a8874867aa229a887491739203223f372da56ecf7c319c201401357699b9a.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229ab760067aa229ab760117392032239806cd77a55ef640dc7215c4fa7db5e9.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229aea45367aa229aea45517392032230279b58c4f31b731a0c5454cea9a7439.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229b5955367aa229b5955417392032230e279603302a24284f76ea700d306d78.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229b8d3ab67aa229b8d3ac1739203223c19959e02a5919ae2969780258a6acbf.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229bc013367aa229bc013417392032237bc635be4f0d0332113bea4eca5607dc.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229c03b1b67aa229c03b1c17392032233fb49947378700b8cb33e77e79b8e785.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229c36d2467aa229c36d2517392032230d3e29bdf6628c3ed76acc46dc63c33a.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229ca418b67aa229ca418c1739203223395eca1dfc980800b366f8390e2a0c78.jpeg)
![Bakıda](https://apa.az/storage/news/2025/february/10/small/67aa229cd689a67aa229cd689b1739203223f7207de094647e523f65f4274a970f91.jpeg)