İsrail Qəzza zolağında daimi atəşkəsi qəbul etməyə yalnız HƏMAS hərəkatının bölgədə hakimiyyətdən uzaqlaşdırılması şərti ilə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrail Nazirlər Kabinetinin rəsmi nümayəndəsi David Menser keçirdiyi brifinqdə deyib.
Menser İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatının əsas məqsədlərinin dəyişmədiyini, məqsədin HƏMAS-ın bölgədəki hərbi-siyasi strukturunu məğlub etmək, orada bütün girovları və öldürülənlərin cəsədlərini geri qaytarmaq olduğunu bildirib.