AZ

Messi "İnter Mayami"nin yeni formasını təqdim edib - FOTO

"İnter Mayami" klubu komandanın 2025 və 2026-cı illərdə geyinəcəyi ev formasını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, yeni formanı ulduz hücumçu Lionel Messi təqdim edib. Forma çəhrayı rəngin bir neçə çalarında hazırlanıb.

Qeyd edək ki, “İnter Mayami”nin texniki sponsoru “Adidas” şirkətidir. "İnter Mayami" ilk normal mövsüm matçını fevralın 22-də "Nyu York Siti" ilə keçirəcək. Xatırladaq ki, ötən mövsüm “İnter Mayami” müntəzəm çempionluq qazansa da, pley-offun ilk mərhələsində mübarizədən kənarlaşdırılıb.

Seçilən
28
90deqiqe.az

1Mənbələr