AZ

İnsan yeməksiz neçə gün yaşaya bilər?


Bir insan kifayət qədər uzun müddət yeməksiz yaşaya bilər. Bədənin aclığa uyğunlaşma qabiliyyəti ibtidai insanın sağ qalması üçün çox vacib idi.


“Medicina” xəbər verir ki, alimlər insan nə su, nə də yemək istehlak etmədikdə, bədənin ehtiyatları maksimum bir həftəyə kifayət edir. Ölüm əsasən qida yox, susuzluqdan, dehidradasiyadan olur.

Bir insan kifayət qədər su içirsə, lakin yeməkdən tamamilə imtina edərsə, sağ qalma müddəti 2 aya çata bilər.

İnsanın dözümlülüyü müəyyən şərtlərə bağlıdır:

bədən çəkisi;
bədən yağının faizi;
ümumi sağlamlıq;
fiziki fəaliyyət səviyyəsi;
ətraf mühit şəraiti.


Həcmli yağ toxumasına sahib olmaq, yəniəzələ kütləsi, yağ ehtiyatı daha uzun müddət qalmağınıza kömək edir.


Yağın parçalanması və enerjinin ayrılması prosesi ketoz adlanır. Ancaq oruc zamanı insan ciddi fiziki fəaliyyətdə olub aktiv həyat tərzi keçirirsə, bədənin ehtiyatları daha qısa müddətə tükənəcək.

Aygün Musayeva


Seçilən
27
1
medicina.az

2Mənbələr