AZ

18 maqnit udan iki yaşlı uşaq öldü - FOTO

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində iki yaşlı oğlan uşağı 18 maqnit udduğu üçün ölüb.Bakupost.az xəbər verir ki, bu barədə "Real Noyabrsk" Teleqram kanalı məlumat yayıb.Kanalın məlumatına görə, hadisə Purpe kəndində baş verib.Uşağın valideynləri maqnit muncuqların əskik olduğunu görən kimi dərhal həkimə müraciət ediblər. Uaq özünü həmişəki kimi aparsa da, təcili xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirərək, reanimasiya tədbirlərinə başlasalar da, onu xilas edə bilməyiblər.Regionun Səhiyyə İdarəsinin rəhbəri "RİA Novosti" ilə söhbətində uşağın sağ qalmadığını təsdiqləyib.

Seçilən
23
1
turanpress.com

2Mənbələr