AZ

Azərbaycan-İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb - Baş nazirin müavini

Bakı. Trend:

Azərbaycan-İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi30%-dən çox artıb.

Trend-inməlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini ŞahinMustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü iləəlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında Araz çayıüzərində Xudafərin və Qız Qalası hidroqovşaqları və SES-ləri,həmçinin, Ordubad SES Azərbaycan-İran əməkdaşlığının önəmini əksetdirir.

Bir çox istiqamətlərdə, o cümlədən, iqtisadiyyat, ticarət,investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı vədigər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşıperspektivlər mövcuddur.

Ticari əməkdaşlıq üzrə əlaqələrimiz yüksələn xətt üzrə inkişafedir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çoxartıb. Əlaqələrimizin müxtəlif istiqamətlərdə yeni məzmunlazənginləşdirilməsi ilə bağlı Tehran şəhərində iki ölkənin birgəiqtisadi əməkdaşlıq komissiyasının 16-cı iclasında səmərəlidanışıqlar aparılıb.

Əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyatsahəsidir. 2024-də iki ölkə arasında ikitərəfli yükdaşımalarınhəcmi 20%, tranzit daşımaları isə 23% artıb", -deyə o bildirib.

Baş nazirinin müavini deyib ki, nəqliyyat sahəsində bir sırafaydalı layihələr icra olunub, digər layihələr üzrə səmərəli işbirliyi davam etməkdədir:

"Avtomobil və dəmiryol bağlantılarının yaradılması, İranərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyatinfrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrükinfrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcəkən qısa beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərbdəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də,Siyahrud-Ordubad avtomobil körpüsini inşası regionun regionunlogistik iqtisadi potensialının artmasına xidmət edir.

Şimal-Cənub Nəqliyyat dəhlizinin təşviqi, Astaraçay üzərindəavtomobil körpüsünün inşası və digər layihələr ölkələrimizinnəqliyyat əlaqələrimizin inkişaf etməsi ilə yanaşı regionumuzunlogistika imkanlarının artmasına hesablanıb".

Seçilən
26
3
az.trend.az

4Mənbələr