2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya fevralın 10-da Şırnaka səfəri zamanı deyib.
“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - Ə.Yerlikaya qeyd edib.