İngiltərənin Qatvik hava limanından uçan təyyarə havaya qalxdıqdan az sonra iki qu quşu ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.Tui Hava Yollarına məxsus Cape Verdeyə uçan təyyarənin pilotları saatda 300 kilometr sürətlə hərəkət edən təyyarənin iki qu quşunu vurması və qabaq şüşənin sınmasından sonra təcili yardım çağırıb.Bildirilib ki, hadisə zamanı təyyarə elektron sistemi də daxil olmaqla ciddi zədələnib və pilotlar ön şüşəni görə bilmədiklərinə görə uçuş-enmə zolağından müşayiətçi tələb etmək məcburiyyətində qalıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta