AZ

Azərbaycan-İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb - Baş nazirin müavini

Azərbaycan-İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb.

Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqları və SES-ləri, həmçinin, Ordubad SES Azərbaycan-İran əməkdaşlığının önəmini əks etdirir.

Bir çox istiqamətlərdə, o cümlədən, iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

Ticari əməkdaşlıq üzrə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb. Əlaqələrimizin müxtəlif istiqamətlərdə yeni məzmunla zənginləşdirilməsi ilə bağlı Tehran şəhərində iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının 16-cı iclasında səmərəli danışıqlar aparılıb.

Əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsidir. 2024-də iki ölkə arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23% artıb", -deyə o bildirib.

Baş nazirinin müavini deyib ki, nəqliyyat sahəsində bir sıra faydalı layihələr icra olunub, digər layihələr üzrə səmərəli iş birliyi davam etməkdədir:

"Avtomobil və dəmiryol bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək ən qısa beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də, Siyahrud-Ordubad avtomobil körpüsini inşası regionun regionun logistik iqtisadi potensialının artmasına xidmət edir.

Şimal-Cənub Nəqliyyat dəhlizinin təşviqi, Astaraçay üzərində avtomobil körpüsünün inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrimizin inkişaf etməsi ilə yanaşı regionumuzun logistika imkanlarının artmasına hesablanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
3
olaylar.az

4Mənbələr