AZ

“Vətən”in inzibatçısı xuliqanlıq edib

AFFA U-17 liqasının “Vətən” - “Neftçi” oyununda qalmaqal yaşanıb. 

69-cu dəqiqədə komandaların baş məşqçiləri və rəsmiləri arasında mübahisə yaşanıb. “Vətən”in inzibatçısı “Neftçi”nin U-17 komandasının baş məşqçisi Asif Ramazanovu başla vurub. Daha sonra klub nümayəndələrinin araya girməsindən sonra tərəflər sakitləşdirilib. Burni sınan Ramazanov xəstəxanaya yerləşdirilib.

Bəs həmin liqanın oyunlarında qayda-qanun necə qorunur? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq.

O, qəzetimizə açıqlamasında U-15 liqasından başlayaraq oyunlarda təhlükəsizliyi meydan sabibi komandanın təmin etməli olduğunu söylədi.

ƏSƏD SEYİDOV

Seçilən
14
8
football-plus.az

10Mənbələr