AZ

Ermənistan Naxçıvan istiqamətində nə edir? – Hazırlıqlar TAMAMLANDI

Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hava hücumundan müdafiə və radio-elektron döyüş mövqeyi qurub.

Yenisabah.az xəbər verir ki, yeni qurulan mövqe şərti sərhədə yaxın ərazidə yerləşir və bu addım beynəlxalq siyasi arenada geniş müzakirələrə səbəb olub.

Ekspertlər Ermənistanın bu hərbi mövqeləri gücləndirməsini müxtəlif aspektlərdən təhlil edirlər. Bəzi siyasi və hərbi analitiklər bunun İrəvanın “özünümüdafiə” konsepsiyasının bir hissəsi kimi təqdim edildiyini irəli sürsələr də, məsələnin dərin geosiyasi və strateji tərəflərinin olduğu vurğulanır.

Ermənistanın son illərdə sürətli silahlanma siyasəti yürütməsi və bunu müxtəlif formalarda legitimləşdirməyə çalışması artıq müşahidə olunan tendensiyadır. Yeni qurulan hava hücumundan müdafiə və radio-elektron döyüş sistemləri də bu kontekstdə dəyərləndirilir.

Ermənistanın bu addımının digər mühüm aspekti Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının (EUMA) fəaliyyətini genişləndirmək cəhdləri ilə bağlıdır. Ermənistan, Azərbaycanla olan şərti dövlət sərhədinin Qərb bölgəsində olduğu kimi, Naxçıvan istiqamətində də EUMA nümayəndələrinin yerləşdirilməsini arzulayır. Bunun üçün isə Ermənistan sərhəd ərazilərində qazıntı işlərinə start verib, beləliklə də sərhəd xəttini daha diqqətçəkən və “münaqişəli” hala gətirməyə çalışır.

Ekspertlər hesab edirlər ki, Ermənistanın sərhəd bölgəsində qazıntı işləri aparması və EUMA missiyasının cəlb olunması cəhdləri nə siyasi, nə də hərbi baxımdan real nəticə verəcək. Azərbaycanın qətiyyətli mövqeyi və bölgədə möhkəmlənən təhlükəsizlik siyasəti fonunda Ermənistanın bu strategiyasının uğurlu olacağına dair ciddi şübhələr var.

Ermənistanın bu addımı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regiondakı güc balansına təsir edə bilər. Ermənistanın hərbi imkanlarını artırması və Qərb təsirini daha da genişləndirməyə çalışması Rusiya və digər regional oyunçuların diqqətindən kənarda qalmır. Bu isə bölgədə gərginliyin daha da artmasına gətirib çıxara bilər.

Bütün bu proseslər fonunda Azərbaycanın situasiyanı yaxından izlədiyi və adekvat addımlar atacağı şübhəsizdir. Ermənistanın bu cəhdlərinin hansı nəticələrə gətirib çıxaracağı isə yaxın vaxtlarda daha da aydın olacaq.

 

Seçilən
29
1
medianews.az

2Mənbələr