AZ

Ermənistan -Türkiyə sərhədindəki keçid məntəqəsi gələn ay açılacaq?

Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi martın 1-dən fəaliyyətə başlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılıb. Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən mühafizə olunacağı planlaşdırılır.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə hazırda Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş olmadığını bildirib.

Seçilən
23
publika.az

1Mənbələr