AZ

12 ildən sonra ilk dəfə start heyətdə meydana çıxıb

Dünən, Braziliyanın Paulista Liqasının 8-ci turu çərçivəsində keçirilən "Novorizontino" və "Santos" komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən matçda gözlər oyuna başlayan Neymarda idi.

Bu matç Neymarın kluba qayıtdıqdan sonra ikinci, "Barselona"ya getdikdən 12 il sonra isə start heyətində ilk matçı olub. “Botafoqo San-Paulu” ilə son matçda ikinci hissənin əvvəlində meydana çıxıb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb. Növbəti matçında "Santos" səfərdə "Korintians"la qarşılaşacaq.

Xatırladaq ki, hücumçu bu qış transfer pəncərəsində "Santos"a keçib. Futbolçunun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.

Seçilən
12
1
90deqiqe.az

2Mənbələr