AZ

Bakıda məktəbdə əri tərəfindən boynu kəsilən qadının vəziyyəti açıqlandı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub”, – məlumatda deyilir.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın həyat yoldaşından boşanmaq istəyib. Buna görə də əri məktəbin həyətində qadının şah damarını kəsib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: “Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib”.

Seçilən
28
16
heftelik.az

10Mənbələr