AZ

"İran Azərbaycanla münasibətlərin möhkəmlənməsinə çalışacaq" - Səfirlik

Image

"Heç şübhəsiz, İran yaxşı qonşuluq siyasəti çərçivəsində Azərbaycanla münasibətlərin möhkəmlənməsinə çalışacaq." Bu fikirlər, İranın Azərbaycandakı səfirliyinin İranın İslam İnqilabının qələbəsinin 46-cı ildönümü ilə əlaqədar bəyanatında öz əksini tapıb. Bəyanata əsasən, İran və Azərbaycan arasında diplomatik münasibətlər 33 ildir ki, qurulub və bir çox istiqamətlərdə şaxələndirilib.

İran səfirliyi bildirir ki, Azərbaycanda yaşayan iranlıların bu əlaqələrin inkişaf etməsində effektiv rolu olacaq. “İran İslam İnqilabının qələbəsindən sonra müxtəlif sahələrdə, o cümlədən, dinc məqsədli nüvə texnologiyası, sənaye və kənd təsərrüfatı, tibb, nanotexnologiya, biotexnologiya və sairə sahələrdə nailiyyətlər əldə edib”, - deyə bəyanatda bildirilir.

Mətləb







Seçilən
33
2
baki-xeber.com

3Mənbələr