“Feyenoord” baş məşqçisi Brayan Priskeni istefaya göndərib. Msport.az xəbər verir ki, Rotterdam klubunun uğursuz nəticələrindən sonra belə qərar qəbul olunub.
“Feyenoord” hazırda Niderland çempionatında 21 oyundan sonra 39 xalla 5-ci yeri tutur. Komanda lider “Ayaks”dan 12 xal geri qalır.
“Feyenoord” Çempionlar Liqasında “Lill”ə 1:6 hesabı ilə məğlub olduqdan sonra daxili arenada əsas rəqibləri “Ayaks” (1:2) və PSV-yə də uduzub – 0:2.
Qeyd eddək ki, “Feyenoord” fevralın 13-də Çempionlar Liqasında “Milan”la pley-off matçına çıxacaq.