AZ

Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənclərdən ibarət taekvondo millisi Türkiyənin Antalya şəhərində “Turkish Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

Gənclərin yarışlar fevralın 13-14-də baş tutacaq.

Qeyd edək ki, yığma ilə birgə turnirə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də yollanacaq.

Seçilən
37
6
90deqiqe.az

8Mənbələr