AZ

Tramp Qəzza planının detallarından danışdı

Qəzzaya nəzarət etmək və yenidən qurmaq planında fələstinlilərin əraziyə qayıtmaq hüququ olmayacağaq. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, “Fox News”a müsahibəsində Qəzza planının detallarından danışıb. Misir və İordaniyada fələstinlilər üçün daha təhlükəsiz ərazilər inşa edəcəklərini irəli sürən Tramp, ərazinin yenidən qurulmasından sonra fələstinlilərin geri dönmə hüququnun olmayacağını bəyan edib. “Fələstinlilərin geri qayıtmaq hüququ olacaqmı?" sualına, Tramp “Xeyr, olmayacaq, çünki onların daha yaxşı mənzilləri olacaq” - deyə cavab verib.

Tramp, “Geri qayıtmalı olsalar, bunun baş verməsi üçün illər keçəcək. Düşünürəm ki, İordaniya və Misirlə müqavilə bağlaya bilərəm. Bilirsiniz, biz onlara ildə milyardlarla dollar veririk" - deyə bildirib.

Seçilən
3
metbuat.az

1Mənbələr