AZ

Putin Azərbaycana qarşı hansı siyasətə üstünlük verəcək? - "Rəsmi Bakı bunu cavabsız qoymayacaq"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik” deyən Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Qaluzinin sözlərinin tam əksi müşahidə edilir:

“Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o, bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu.

Seçilən
37
9
publika.az

9Mənbələr