Demokrat.az xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə altı təlimdə 3000-ə yaxın çağırışçı, ehtiyatda olan və müdafiə qüvvələrinin hərbi qulluqçusu, o cümlədən 400-dən çox texnikası iştirak edəcək.
Beləliklə, Şimal Daşı təlimləri fevralın 21-dən 28-dək Kuopio və Siilinjarvidə, Karelian Daşı 25 isə martın 3-dən 7-dək keçiriləcək. Ən sonda qoşunlar Rusiya Federasiyası ilə həmsərhəd olan Kymenlaakso bölgəsinə gələcəklər.
Əfsanə Kamal
Demokrat.az