Kolumbiyada regional turnirdə iştirak edən dörd qadın futbolçu ildırım vurması nəticəsində həlak olub.
Bu barədə Kolumbiyanın “Cauca Hoy” portalı fevralın 10-da öz Facebook səhifəsində məlumat yayıb.
Hadisənin El Real kəndində turnir zamanı baş verdiyi bildirilir. Ümumilikdə ildırım vurması 5 nəfərin həyatına son qoyub - beşinci qurban xəstəxanada dünyasını dəyişən kişi olub.
Daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.