AZ

Britaniyanın mürəkkəb vergi sistemi biznes subyektlərinə 15 milyard funt sterlinqə başa gəlir

Böyük Britaniyanın getdikcə daha da mürəkkəbləşən vergi sistemi bizneslərə hər il 15,4 milyard funt sterlinq əlavə xərc yaradır.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, bu barədə Milli Audit Ofisi (NAO) tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Bildirilib ki, şirkətlər vergi qaydalarına əməl etmək üçün böyük məbləğdə vəsait xərcləməyə məcbur olurlar. Hesabata görə, şirkətlər hər il ən azı 6,6 milyard funt mühasiblərə, 4,3 milyard funt daxili inzibati işçilərə və 4,5 milyard funt sterlinq proqram təminatı və poçt xidmətlərinə xərcləyirlər. Bu vəsaitlər getdikcə daha çətinləşən vergi qaydalarına uyğunlaşmaq üçün tələb olunur.

NAO bildirib ki, bu xərclər Gəlir və Gömrük İdarəsi (HMRC) tərəfindən hesablanıb və həqiqi məbləğin daha yüksək olması ehtimal edilir. Bildirilib ki, bu cür əhəmiyyətli xərclər vergi siyasəti ilə bağlı qərarlar verilərkən nadir hallarda nəzərə alınır. Hesabatda, həmçinin vergi idarəsinin xərclərinin sürətlə artması ilə bağlı narahatlıq ifadə olunub. Pandemiyadan sonra HMRC-nin xərcləri yarım milyard funt sterlinqdən çox artıb, əlavə olaraq 100 milyon funt sterlinq yeni işçilərə sərf olunub. Buna baxmayaraq, əlavə xərclər daha yaxşı nəticələrə gətirib çıxarmayıb. Vergi sisteminin rəqəmsallaşdırılmasına yönəldilmiş investisiyaların effektivliyi qeyri-müəyyən qalıb və HMRC müştəri xidmətlərində səmərəliliyi artırmaqda çətinlik çəkir.

Seçilən
7
1
yeniazerbaycan.com

2Mənbələr