AZ

“Əsas odur ki, bütün hədəflərim söhbətlərimdə təsdiqlənib” - RONALDO

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməzdən əvvəl hədəfini açıqlayıb.

Sportinfo.az “Telefoot”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu məqsədinin min qol vurmaq olduğunu bildirib:

“1000 qol vurmaq mənim məqsədimdir. Əsas odur ki, bütün hədəflərim söhbətlərimdə təsdiqlənib”.

40 yaşlı hücumçunun aktivində hazırda 924 qol var. O, 2022-ci ilin sonunda Səudiyyə Ərəbistanı klubuna keçib və 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Onun “Əl-Nəsr”lə əməkdaşlığını 2026-cı ilə qədər uzatdığı barədə məlumatlar yayılıb.

Ronaldo bu mövsüm iştirak etdiyi 25 oyunda 23 qol vurub.

Seçilən
10
sportinfo.az

1Mənbələr