Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
"Unikal" xəbər verir ki, onlar Ermənistan-Azərbaycan danışıqlar prosesini və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, Paşinyan Fransada işgüzar səfərdədir və orada Süni İntellekt üzrə Fəaliyyət Sammitində (Sommet pour l'action sur l'Intelligence Artificielle) iştirak etmək niyyətindədir.