AZ

4 nəhəng klub eyni futbolçunu istəyir

"Liverpul"un müdafiəçisi Vircil van Deykin gələcəyi qeyri-müəyyən olaraq qalıb.

90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, Van Deykin xidmətində dörd böyük klub maraqlıdır: Söhbət "Bavariya", "Yuventus", "Real" və "Barselona" klublarından gedir. Sözügedən komandalar 33 yaşlı futbolçu Mersisayd təmsilçisi ilə müqaviləsini yeniləməsə yay transfer pəncərəsi üçün futbolçunun agenti ilə danışıqlara başlayacaq.

Niderlandlı futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Vircil van Deyk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir. Bu müddət ərzində müdafiəçi 302 rəsmi oyun keçirib, bu oyunda 26 qol vurub və komanda yoldaşlarına 13 məhsuldar ötürmə edib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr