AZ

Zaqatalada 29 yaşlı gənc intihar ETDİ

Zaqatala sakininin meyiti fındıq bağında asılı vəziyyətdə tapılıb.

Apa-ya istinadən xəbər verilir ki, hadisə axşam saatlarında rayonun Aşağı Tala kəndinin inzibati ərazisinin “Torpaqqala” adlanan hissəsində baş verib.

1996-cı il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini Sərxan Süleyman oğlu İbrahimovun meyiti ailəsinə məxsus fındıq bağında ağacdan asılı vəziyyətdə aşkar olunub.

İlkin araşdırma zamanı S. İbrahimovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: unikal.az

Seçilən
56
36
unikal.az

10Mənbələr