AZ

HƏMAS girovların azad edilməsinin dayandırıldığını elan etdi


HƏMAS növbəti israilli girov qrupunun azad edilməsini ləğv etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, fələstinli məhbuslarla növbəti girov mübadiləsi şənbə günü, fevralın 15-də baş tutmalı idi.
HƏMAS bu qərara səbəb kimi İsrailin sülh sazişlərini pozmasını göstərib. Qrup bəyan edib ki, İsrail tərəfi Qəzza zolağının şimalındakı sakinlərin evlərinə qayıtmasına mane olur və həmçinin bölgəyə humanitar yardımın daxil olmasına icazə vermir.
Xatırladaq ki, HƏMAS və İsrail arasında sülh sazişi yanvarın 19-da qüvvəyə minib. 42 gün davam edən birinci mərhələdə HƏMAS 33 girovu azad etməyi, İsrail isə 1900-dən çox məhbusu həbsxanalardan azad etməyi və Qəzza zolağından çıxmağa başlamağı öhdəsinə götürüb.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr