Bakı. Trend:
Avropa İnvestisiya Bankı (AİB) Ukraynada sosial layihələrinə116,5 milyon avro ayıracaq.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın baş naziri DenisŞmıqal deyib.
"Ukrayna və Avropa İnvestisiya Bankı enerji və mühüminfrastrukturun bərpasını maliyyələşdirməyi nəzərdə tutan sazişlərimzalayıblar", - deyə Denis Şmıqal AİBprezidenti Nadya Kalvinyo iləgörüşdən sonra öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerjisəmərəliliyinin həyata keçirilməsi üçün 16,5 milyon avro ayırır.Daha 100 milyon avro su və istilik təchizatı obyektlərininbərpasına və təhsil, səhiyyə və mənzil-məişət sektorunda əsassosial xidmətlərin modernləşdirilməsinə ayrılacaq.