AZ

Vardanyanın məhkəməsində nələr danışıldı?

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Zirə” evdə “Neftçi”ni sınağa çəkib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" altıncı pilləyə yüksəlib, "Zirə" isə 39 xalla üçüncü sırada qalıb.

Günün "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında oynanılan ilk görüşündə isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.

"Cebheinfo.az"

Seçilən
8
cebheinfo.az

1Mənbələr