AZ

HƏMAS girovların azad edilməyəcəyi ilə hədələyir - İsrailin reaksiyası

Həmas yaraqlıları  fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq istəyir. İsrail bunu atəşkəs rejiminin pozulması hesab edir.

Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” nəşri xəbər verir.

“İzzəddin əl-Qəssam” Briqadalarının sözçüsü Əbu Ubeydə adı ilə tanınan Hudeyfa Kahlut İsraili son üç həftə ərzində atəşkəs razılaşmasını yerinə yetirməməkdə ittiham edib.

Onun sözlərinə görə, guya İsrail anklavın şimalına köçkün düşmüş Qəzzə sakinlərinin geri qayıtmasını gecikdirir və onlara atəş açır, həmçinin humanitar yardım axınının qarşısını alır. Buna görə də HƏMAS "retroaktiv kompensasiya" tələb edir, əks halda girovların azad edilməsi növbəti bildirişə qədər baş tutmayacaq.


İsrailin müdafiə naziri İsrael Katz vurğulayıb ki, yaraqlıların bu cür təhdidləri “atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”.

"Mən İsrail ordusuna Qəzza zolağında mümkün olan istənilən ssenariyə ən yüksək səviyyədə hazırlaşmağı və yaşayış məntəqələrini (sərhəd - red.) qorumağı əmr etmişəm. Biz oktyabrın 7-də reallığa qayıtmayacağıq", - o qeyd edib.

QAZİLER.AZ

Seçilən
14
1
qaziler.az

2Mənbələr