AZ

"75-ci dəqiqəyə qədər üstün tərəf biz idik" -Rəşad Sadıqov

“Zirə” bu gün Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”ni qəbul edib.

Fanat.Az xəbər verir ki, 1:2 hesabı ilə uduzan "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Ağır və çoxsaylı mübarizəylə olan oyun izlədik. Oyun daha çox meydanın mərkəzində gedirdi. 75-ci dəqiqəyə qədər üstün olan tərəf biz idik. Son dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Sonra irəli atıldıq, hesabı bərabərləşdirdik. Daha sonra ikinci qolu buraxdıq. Rəqibi təbrik etməliyəm. Acı məğlubiyyət oldu. Başımızı dik tutmalıyıq. Növbəti oyunlarımıza hazırlaşmalıyıq.

“Neftçi” ilə oyunlarımız ümumən həmişə prinsipial keçir. Digər oyunlarda “Neftçi” necə görünür, deyə bilmərəm. Amma bizə qarşı həmişə fərqli, prinsipial komanda görürəm.

Yenə də deyirəm, sona kimi üstün olan tərəf biz idik. Oyunun ədalətli nəticəsi kimi heç-heçəni hesab edirəm. Bizim də səhvlərimiz var, avrokuboklardan belə qollar buraxırdıq. Hücum xəttində disbalans var”.

 

Seçilən
12
fanat.az

1Mənbələr