AZ

Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək VİDEO

Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək. Əsas istiqamətlərdən biri də pul siyasətinin möhkəmləndirilməsidir.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Dünya Bankının illik qlobal hesabatının Bakıda keçirilən təqdimat tədbirində çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Azərbaycan Prezidentin köməkçisi Şahmar Mövsümov isə deyib ki, ölkəmizdə iqtisadi çətinliklərin öhdəsindən gələrək, dayanıqlı artım üçün möhkəm təməl yaradılıb.  

Təhsil naziri Emin Əmrullayev təhsillə əlaqəli adambaşı maliyyələşmə mexanizmindən və təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsünün önəmindən danışıb.

“Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada qeyri- disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu məsələdə əsasdır",- deyə nazir vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
21
xezerxeber.az

1Mənbələr