Sosial şəbəkələrdə yayılan yeni video müzakirələrə səbəb olub...
Poliqon xəbər verir ki, kadrlarda "Moskvich" markalı avtomobil görünür, lakin ən diqqətçəkən məqam avtomobilin özü deyil, onun bahalı qiymətə olan dövlət qeydiyyat nömrə nişanıdır. Belə ki, maşının üzərindəki nömrə nəqliyyat vasitəsinin özünün dəyərindən olduqca bahadır. Hətta nömrənin qiymətinin 100 min manat olduğu da iddia edilir.
Qeyd edək ki, bahalı nömrələrin avtomobil sahibləri üçün status simvolu olduğu məlumdur. Bir çox ölkələrdəki kimi, xüsusi seriyalı və ya "gözəçarpan" nömrələr daha baha qiymətə satılır.
"Moskvich" markalı avtomobillər, əsasən, sovet dövründə istehsal olunub və hazırda onların qiyməti modelindən və vəziyyətindən asılı olaraq dəyişir. Hazırda bazarda 1500-5000 AZN arasında təklif olunur. (Ölkə.az)
Poliqon.info