AZ

Anası ona krem almadı deyə, bıçağa əl atdı



İndoneziyanın Pemalanq şəhərində gənc qadın anasının ona dəriyə qulluq kremi almamasına görə o qədər qəzəblənib ki, hisslərinə hakim ola bilməyib.

“Medicina” xəbər verir ki, yeniyetmə qız mağazada istədiyi üz kreminin alınmadığını görərək küçədə mübahisə edib. O, anasını təhdid etməyə başlayıb.


Hadisəyə yoldan keçənlər müdaxilə etməyə çalışanda qız bıçaq çıxararaq, hamını hədələyib.

Qarşıdurma nəticəsində heç kim xəsarət almayıb. Qız və bıçaq zərərsizləşdirilib.


Aygün Musayeva


Seçilən
23
medicina.az

1Mənbələr