AZ

İliçin "Spartak"a transferi niyə ləngiyir?

İtaliyanın "Torino" klubunun yarımmüdafiəçisi İvan İliçin Moskva "Spartak"ına transferi maddi səbəblərdən gecikir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mozzart Sport" yayıb.

Xəbərə görə, Turin klubu serb futbolçunu 25 milyon avrodan ucuz satmaq istəmir. Mənbə rusların qarşı tərəfə 20 milyon avro və müxtəlif bonuslar şəklində daha 2 milyon avro ödəməyə hazır olduqlarını, lakin bu məbləğin İtaliya təmsilçisini qane etmədiyini vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 13 matça çıxan İliç 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.  "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir. İvanın "Torino" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
6
fanat.az

1Mənbələr