AZ

Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik...


Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq, 20 faizi isə 9 ballıq seysmik zonaya aid edilib.

NUH.az    bildirir ki,  bu sözləri "Report"a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

O bildirib ki, Azərbaycan seysmik zonada yerləşir:

"Bu səbəbdən seysmik amillərin tikinti prosesində nəzərə alınması vacibdir. 1961-ci ilə qədər ölkədə inşa edilən tikililərdə zəlzələ faktoru nəzərə alınmırdı. Həmin ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 7 ballıq seysmik zonaya aid edilirdi. 1981-ci ildə seysmik rayonlarda yeni tikinti normaları və qaydası təsdiq olundu.

Həmin normalara görə, ölkə ərazisinin böyük hissəsi 7 ballıq, 20 faizə qədəri isə 8 ballıq seysmik zona elan olundu. 2010-cu ildə Azərbaycanda milli seysmik rayonlarda dövlət tikinti normaları hazırlanıb. 2010-cu ildən etibarən Azərbaycan ərazisinin 20 faizə qədəri 9 ballıq, qalanı isə 8 ballıq seysmik zonaya aid edilib".


Seçilən
32
7
nuh.az

8Mənbələr