AZ

Danimarka Donald Trampdan 1 trilion dollara Kaliforniyanı istəyir

Danimarkalaşma təşəbbüsü ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək istəyinə cavab olaraq Kaliforniyanı 1 trilyon dollara almaq ideyasını dəstəkləyən imzalar toplayır.

Bu barədə mətbuat xidmətində məlumat yerləşdirilib və onlar hər bir danimarkalıdan 200 min kron – kraudfandinq vasitəsilə sövdələşmənin ödənilməsini təklif ediblər. Fevralın 10-u axşama olan məlumata görə, kampaniya artıq 198 mindən çox imza toplayıb.

Təşkilatçılar regionun əlverişli iqlimini vurğulayır, Disneylandın adının dəyişdirib Hans Kristian Andersenland qoyulmasını təklif edir və ABŞ prezidentinin onu satmağa razı olduğu təqdirdə regionun potensial texnoloji üstünlüyünə işarə edirlər. “Gəlin düzünü desək: Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. İllərlə onun liderləri ilə dava edir. Biz onun real qiymətə bu şatatla ayrılmaq istəyəcəyinə tam əminik”, – bəyanatda deyilir.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
9
editor.az

1Mənbələr