"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubun "Qızıl top" mərasiminə qatılmamaq qərarına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Gazeta.Ru" italyan çalışdırıcının dediklərini belə çatdırıb.
“Orada olmamaq qərarının səhv olduğunu düşünmürəm. Vinisiusun qalib gələcəyini düşündüyümüz üçün getmədik. Rodriyə qarşı heç bir şeyim yoxdur.Hesab edirəm ki, o, mükafatı bir il əvvəl qazanmalı idi."
La Liqa nəhənglərinin nümayəndələri mükafatı Vinisius Juniorun deyil, Rodrinin qazanacağını biləndə tədbirə qatılmaqdan imtina ediblər. Braziliyalı səsvermədə "Mançester Siti"nin yarımmüdafiəçisindən sonra ikinci olub.