AZ

Məhkəmə Mərkəzi Bankın protokolunu ləğv etdi

“El Kompaniya” şirkəti barəsində inzibati iş haqqında icraata xitam verilib. 

Valyuta.az xəbər verir ki, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edib.

Protokol onunla əsaslandırılıb ki, şirkət xaricə 29 400 manat pul köçürüb. İki il keçsə də, həmin məbləğ geri qaytarılmayıb. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı Mərkəzi Bankın nümayəndəsi bildirib ki, şirkət artıq pulu geri qaytarıb. Bu fakt şirkət tərəfindən təqdim edilmiş hesabatlarda da əksini tapıb. Bu baxımdan, işə xitam verilib. 

Hüseyn

Seçilən
18
valyuta.az

1Mənbələr