AZ

Almaniya hökumətinin Ukraynaya verdiyi hərbi yardımın dəyəri bilindi

Hakimiyyətdə olduğu müddətdə Almaniya kansleri Olaf Şolz hökuməti Kiyevə 14,8 milyard avro məbləğində hərbi məhsulların ixracına icazə verib və Ukrayna Almaniyadan bu cür malların əsas idxalçısı olub.

Redaktor.az xəbər verir ki, bu, Bundestaqın saytında dərc edilmiş hesabatda qeyd olunub.

Ümumilikdə, 19 dekabr 2024-cü il tarixinə Almaniya hökuməti təqribən 39 milyard avro dəyərində hərbi malların tədarükü üçün fərdi icazələri təsdiqləyib. İkinci yerdə 4,3 milyard avro dəyərində hərbi məhsulların ixracına icazə verilən Misir, üçüncü yeri isə Hollandiya və Sinqapur (hər biri təxminən 2,06 milyard avro) bölüşdürür.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. 2025-ci il büdcə razılaşmasına əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.

Turan İSMAYIL

Seçilən
7
redaktor.az

1Mənbələr